“GünayBank”a sığorta agenti lisenziyası verilib

“GünayBank”a sığorta agenti lisenziyası verilib Həmçinin 5 fiziki şəxs də bu cür lisenziya alıb
Maliyyə
30 Dekabr , 2016 15:02
“GünayBank”a sığorta agenti lisenziyası verilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə “GünayBank” ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib. 

Bu barədə “Report”a MBNP-dan bildirilib.

Məlumata görə, qurum həmçinin Xəqani Sabir oğlu Hüseynova, Emil Sabir oğlu Azayevə, Nemət Elçin oğlu Mirzəyevə, Vüqar Maqsud oğlu Nəbiyevə, Fuad Elman oğlu Nağdəliyevə və Şəhriyar Abduləhəd oğlu Tağızadəyə sığorta agenti fəaliyyətinə lisenziya verib. Lisenziyalar “Sığorta fəaliyyəti haqqında” qanunun 86.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən verilib. 

Son xəbərlər

Orphus sistemi