"Günay Sığorta"ya yeni sədr təyin edilib

"Günay Sığorta"ya yeni sədr təyin edilib “Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
Maliyyə
1 Noyabr , 2019 16:40
Günay Sığortaya yeni sədr təyin edilib

“Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

"Report" şirkətə istinadən xəbər verir ki, bu, Aqşin Cahangirovdur.

Yeni sədr bundan əvvəl müxtəlif sığorta şirkətlərində çalışıb, Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta bazarına nəzarət departamentinə rəhbərlik edib.

Bundan başqa, "Günay Sığorta"nın İdarə Heyətinin üzvü İlkin Mirzəyev şirkətin Təftiş komissiyasının sədri təyin olunub.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 milyon manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı), 28,06%-i isə Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi