"Günay Sığorta"nın yığımları 42 dəfə artıb

"Günay Sığorta"nın yığımları 42 dəfə artıb Hesabat dövründə şirkətin ödənişləri isə azalıb
Maliyyə
25 Avqust , 2016 10:32
Günay Sığortanın yığımları 42 dəfə artıb

Bakı. 25 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında "Günay Sığorta" ASC-nin yığımları 2 109 398 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,8 dəfə çoxdur.

Xatırladaq ki, "Günay Sığorta" bu il iyunun 30-da hazırda ləğvetmə prosesində olan "Buta Sığorta" ASC-nin 1 839 919 manatlıq aktivlərini alıb. Daxilolmaların kəskin artması da bununla bağlıdır.

Hesabat dövründə "Günay Sığorta"nın ödənişləri isə azalıb. Belə ki, Şirkət 7 ay ərzində 31 063 manat ödəniş edib. Bu isə illik müqayisədə 56,1% azdır.

Cari ilin yanvar-iyul aylarında "Günay Sığorta" məlum səbəbdən topladığı hər 100 manat sığorta haqqının cəmi 1,47 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyul aylarında 140,17% olub. Yəni, ötən ilin eyni dövründə Şirkətin ödənişləri yığımlarını 40,17% üstələyib.

Qeyd edək ki, "Günay Sığorta" şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 7 700 səhm əsasında formalaşıb. Səhmlərin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i "Günaybank" ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi