"Günay Sığorta"nın yığımları 41 dəfə artıb

"Günay Sığorta"nın yığımları 41 dəfə artıb Hesabat dövründə şirkətin ödənişləri isə azalıb
Maliyyə
11 Oktyabr , 2016 17:01
Günay Sığortanın yığımları 41 dəfə artıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Günay Sığorta" ASC-nin bu ilin yanvar-sentyabr aylarında yığımları 2 307 759 manat təşkil edib. 

Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,33 dəfə çoxdur.

"Günay Sığorta" bu il iyunun 30-da hazırda ləğvetmə prosesində olan "Buta Sığorta" ASC-nin 1 839 919 manatlıq aktivlərini alıb. Daxilolmaların kəskin artması da bununla bağlıdır.

Hesabat dövründə "Günay Sığorta"nın ödənişləri isə azalıb. Belə ki, Şirkət 9 ay ərzində 72 412 manat ödəniş edib və bu, illik müqayisədə 11,67% azdır.

Bu ilin yanvar-sentyabr aylarında "Günay Sığorta" məlum səbəbdən topladığı hər 100 manat sığorta haqqının cəmi 3,14 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-sentyabr aylarında 146,82% olub. Yəni, ötən ilin eyni dövründə Şirkətin ödənişləri yığımlarını 46,82% üstələyib.

Xatırladaq ki, "Günay Sığorta" şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 7 700 səhm əsasında formalaşıb. Səhmlərin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i "Günaybank" ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi