"Günay Sığorta"nın yığımları 40 dəfə artıb

"Günay Sığorta"nın yığımları 40 dəfə artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
14 Dekabr , 2016 11:11
Günay Sığortanın yığımları 40 dəfə artıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında "Günay Sığorta" ASC-nin yığımları 2 453 648 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,52 dəfə çoxdur. 

"Günay Sığorta" bu il iyunun 30-da hazırda ləğvetmə prosesində olan "Buta Sığorta" ASC-nin 1 839 919 manatlıq aktivlərini alıb. Daxilolmaların kəskin artması da bununla bağlıdır.

Hesabat dövründə "Günay Sığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 11 ay ərzində 161 307 manat ödəniş edib və bu, illik müqayisədə 96,38% çoxdur.

Bu ilin yanvar-noyabr aylarında "Günay Sığorta" məlum səbəbdən topladığı hər 100 manat sığorta haqqının cəmi 6,57 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-noyabr aylarında 132,31% olub. Yəni, ötən ilin eyni dövründə Şirkətin ödənişləri yığımlarını 32,31% üstələyib.

Xatırladaq ki, "Günay Sığorta" şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 7 700 səhm əsasında formalaşıb. Səhmlərin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i "Günaybank" ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi