“Günay Sığorta”nın yığımları 33 dəfə artıb

“Günay Sığorta”nın yığımları 33 dəfə artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
13 Yanvar , 2017 14:14
“Günay Sığorta”nın yığımları 33 dəfə artıb

Bakı. 13 yanvar. REPORT.AZ/ "Günay Sığorta" ASC-nin yığımları 2016-cı ildə 2 453 648 manat təşkil edib. 

Şirkətdən "Report"a verilən məlumata görə, bu, 2015-ci illə müqayisədə 32,83 dəfə çoxdur.

"Günay Sığorta" bu il iyunun 30-da hazırda ləğvetmə prosesində olan "Buta Sığorta" ASC-nin 1 839 919 manatlıq aktivlərini alıb. Daxilolmaların kəskin artması da bununla bağlıdır.

Hesabat dövründə "Günay Sığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət il ərzində 264 014 manat ödəniş edib və bu, illik müqayisədə 2,72 dəfə çoxdur.

Keçən il "Günay Sığorta" məlum səbəbdən topladığı hər 100 manat sığorta haqqının cəmi 10,01 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ildə 120,94% olub. Yəni, əvvəlki il Şirkətin ödənişləri yığımlarını 20,94% üstələyib.

Xatırladaq ki, "Günay Sığorta" şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 7 700 səhm əsasında formalaşıb. Səhmlərin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i "Günaybank" ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi