Yuxarı

"Günay Sığorta"nın rəhbərliyinin yeni tərkibi açıqlanıb

Bu barədə şirkətdən bildirilib

Bakı. 25 avqust. REPORT.AZ/ "Buta Sığorta" ASC-nin aktivlərini almış "Günay Sığorta" ASC-nin Direktor Şurasının (DŞ) tərkibi genişləndirilib. Şirkətdən "Report"a verilən məlumata görə, DŞ üzvlərinin sayı 3-dən 5-ə çatdırılıb.

Belə ki, "Günay Sığorta"nın daxili audit xidmətinin rəhbəri Leyla Nağıyeva, eləcə də Həsən Bədəlov Şuraya üzv seçiliblər. DŞ-ya əvvəlki kimi Teymur Məmmədov rəhbərlik edir. Şuranın digər üzvləri isə yenə də Mahmud Məmmədov və Emin Ağayevdir.

Bundan başqa, "Günay Sığorta"nın Təftiş Komissiyasının (TK) tərkibi tamamilə yenilənib. Komissiyaya sədrlik Hikmət Nəzirova həvalə edilib. O, bu vəzifədə Esmira Mehdiyevanı əvəz edib.

TK-nın üzvləri Firudin Ömərovu və Vüqar Mirheydərovu isə Elşən Süleymanov və Elmar Məmmədzadə əvəzləyiblər.

Həmçinin, yaxın vaxtlara qədər "Günay Sığorta"nın İdarə Heyətinin (İH) sədri vəzifəsini icra etmiş Vüqar Rəcəbov İH-yə üzv seçilib. Şirkətə isə yenə də Qəmbər Suvanverdiyev rəhbərlik edir.

Xatırladaq ki, "Günay Sığorta" şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 7 700 səhm əsasında formalaşıb. Səhmlərin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i "Günaybank" ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi