Yuxarı

“Günay Sığorta”nın rəhbərliyində dəyişiklik olub

“Günay Sığorta”nın rəhbərliyində dəyişiklik olub

Bakı. 10 aprel. REPORT.AZ/ “Günay Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Həsən Bədəlov şirkətin Direktorlar Şurasının üzvü seçilib.

“Report” xəbər verir ki, sədr vəzifəsinin icrası isə müvəqqəti olaraq Eldar Axundova həvalə edilib.

O, həm də “Günay Sığorta”nın İH sədrinin I müavini vəzifəsinə təyin olunub.

Xatırladaq ki, "Günay Sığorta" şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i "Günaybank" ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi