​"Günay Sığorta"nın baş ofisi yeni ünvana köçüb

​"Günay Sığorta"nın baş ofisi yeni ünvana köçüb Şirkət aktivlərini aldığı "Buta Sığorta" ASC-nin fəaliyyət göstərdiyi ünvana köçüb
Maliyyə
20 İyul , 2016 11:10
​Günay Sığortanın baş ofisi yeni ünvana köçüb

Bakı. 20 iyul. REPORT.AZ/ "Günay Sığorta" ASC baş ofisinin yerini dəyişib. "Report" xəbər verir ki, şirkət aktivlərini aldığı "Buta Sığorta" ASC-nin fəaliyyət göstərdiyi ünvana (Bakı şəhəri, Binəqədi rayonu, 3066-cı məhəllə, ev 168 B) köçüb. Bu, "Baku Electronics" MMC-yə məxsus binanın 6-cı mərtəbəsidir.

Hazırda hər iki şirkətin əməkdaşları bu ünvanda fəaliyyət göstərirlər. Bununla belə, sığorta şirkətlərinin konsolidasiyası prosesi başa çatdıqdan sonra "Günay Sığorta"nın baş ofisinin yenidən dəyişəcəyi gözlənilir.

Xatırladaq ki, "Günay Sığorta" indiyə qədər Bakı şəhəri, Səbail rayonu, İçəri Şəhər, Mirzə Mansur küçəsi, 99 ünvanında fəaliyyət göstərirdi.

"Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 000 manat olan 7 700 səhm əsasında formalaşıb. Şirkətin səhmlərinin 71,94%-i Şirinova Yeganə Məmməd qızına, 16,61%-i "Günay Bank" ASC-yə, 11,45%-i isə Məmmədova Xanım Nadir qızına məxsusdur. 

Son xəbərlər

Orphus sistemi