"Günay Sığorta"nın aktivləri 22% artıb

"Günay Sığorta"nın aktivləri 22% artıb Bakı. 3 aprel. REPORT.AZ/ "Günay Sığorta" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 9,951 mln. manat təşkil edib. "Report" şirkətin mühasibat bala...
Maliyyə
3 Aprel , 2017 08:55
Günay Sığortanın aktivləri 22% artıb

Bakı. 3 aprel. REPORT.AZ/ "Günay Sığorta" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 9,951 mln. manat təşkil edib. "Report" şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 22,4% çoxdur.

2016-cı ildə "Günay Sığorta"nın uzunmüddətli aktivləri 33,7 dəfə artaraq 1,404 mln. manat, qısamüddətli aktivləri isə 5,7% artaraq 8,548 mln. manat olub.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 5 dəfə artaraq 2,145 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 4,7 dəfə artaraq 1,895 mln. manat, qısamüddətli öhdəlikləri isə 9,6 dəfə artaraq 250 min manat olub.

Ötən il sığortaçının cəmi kapitalı 1,4% artaraq 7,806 mln. manat, nizamnamə kapitalı isə cüzi azalaraq 7,7 mln. manat olub.

2016-cı ildə "Günay Sığorta"nın cəmi gəlirləri 2,213 mln. manat (2015-ci ilə nisbətən 8,9 dəfə çox), cəmi xərcləri isə 2,092 mln. manat (7 dəfə çox) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 121 min manat olub (əvvəlki il "Günay Sığorta" maliyyə zərərinə uğrayıb).

"Günay Sığorta" ötən il 17 min manat mənfəət vergisi ödəyib və ili 104 min manat xalis mənfəətlə başa vurub. 

Xatırladaq ki, "Günay Sığorta" şirkəti 1992-ci ildə yaradılıb. Hazırda şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 manat olan 7 700 ədəd səhmi var. Səhmlərin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i "Günaybank" ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi