​"Günay Bank" kapitalını artırır

​"Günay Bank" kapitalını artırır Maliyyə Bazarlarına Nəzarət Palatası bankın səhm emissiyasını qeydə alıb
Maliyyə
18 İyul , 2016 11:36
​Günay Bank kapitalını artırır

Bakı. 18 iyul. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Günay Bank" ASC-nin səhm emissiyasını qeydə alıb.

Palatadan "Report"a verilən məlumata görə, emissiya hər birinin nominal qiyməti 47,83 manat olan 83 000 min səhmin yerləşdirilməsini nəzərdə tutur.

Səhmlər qapalı üsulla, Bakı Fond Birjasında yerləşdiriləcək. Emissiya baş tutsa, "Günay Bank"ın dövriyyədə olan səhmlərinin sayı 1 357 100-dən 1 440 100-ə, nizamnamə kapitalı isə 64 910 093 manatdan 68 879 983 manata yüksələcək.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildən fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi