“Günay Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

“Günay Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək İyulun 4-də, saat 15:00-da “Günay Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Maliyyə
4 İyun , 2020 11:11
“Günay Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

İyulun 4-də, saat 15:00-da “Günay Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3A ünvanında yerləşən baş ofisində olacaq. 

Yığıncağın gündəliyi açıqlanmayıb. 

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Son xəbərlər

Orphus sistemi