Yuxarı

"Günay Bank"ın rəhbərliyində dəyişikliklər ola bilər

​"Günay Bank"ın rəhbərliyində dəyişikliklər ola bilər

433

Mayın 19-da, saat 10:00-da "Günay Bank" ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 ünvanında yerləşən inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə "Günay Bank"ın Müşahidə Şurasının (MŞ) və İdarə Heyətinin tərkibinə baxılması, eləcə də, Bankın ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının və auditor rəyinin təsdiqlənməsi məsələləri daxildir.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,91 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi