“Günaybank”ın aktivləri 24% artıb

“Günaybank”ın aktivləri 24% artıb Bakı. 16 fevral. REPORT.AZ/ “Günaybank” ASC-nin məcmu aktivləri 2017-ci il yanvarın 1-nə 118,81 mln. manat təşkil edib.“Report” Bankın maliyyə hesa...
Maliyyə
16 Fevral , 2017 15:16
“Günaybank”ın aktivləri 24% artıb

Bakı. 16 fevral. REPORT.AZ/ “Günaybank” ASC-nin məcmu aktivləri 2017-ci il yanvarın 1-nə 118,81 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 23,88% çoxdur.

“Günaybank”ın aktivlərinin 85,26%-ni və yaxud 101,296 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2016-cı ildə Bankın kredit portfeli 7,26% böyüyüb.

Hesabat dövründə “Günaybank”ın cəmi öhdəlikləri 87,72% artaraq 63,423 mln. manat olub. O cümlədən, depozit portfeli 89,29% artaraq 38,357 mln. manata, portfelin tərkib hissəsi olan əhali əmanətləri (fiziki şəxslərin müddətli depozitləri) isə 44,14% artaraq 27,537 mln. manata çatıb. Kredit təşkilatı Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliklərini isə 2,61 dəfə artıraraq 19,1 mln. manata çatdırıb.

Ötən il “Günaybank”ın faiz gəlirləri 5,926 mln. manat (2015-ci ilə nisbətən 22,46% çox), faiz xərcləri 2,427 mln. manat (63,65% çox), qeyri-faiz gəlirləri 2,826 mln. manat (əvvəlki il qeyri-faiz əməliyyatlarından zərər edib), qeyri-faiz xərcləri isə 1,039 mln. manat (88,22% çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 5,285 mln. manat olub.

“Günaybank” aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 9,98 mln. manat yönəldib və 2016-cı ili 4,695 mln. manat xalis zərərlə başa vurub. Bu isə 2015-ci illə müqayisədə 30,93% çoxdur.

Xatırladaq ki, "Günaybank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64 910 093 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 47,83 manat olan 1 357 100 səhm əsasında formalaşıb. Səhmlərin 50,81%-i Mahmud Nadir oğlu Məmmədova (Bankın Müşahidə Şurasının sədri), 38,94%-i Yeganə Məmməd qızı Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay Mahmud qızı İldırımzadəyə, 2,31%-i Xanım Nadir qızı Məmmədovaya (Bankın Müşahidə Şurasının üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,31%-i Ceyran Əbil qızı Ələsgərovaya, 1,12%-i Samir Qədir oğlu Cəfərova, 1,1%-i Mahir Əli oğlu Xəlilova, yenə də 1,1%-i Əhəd Teyyub oğlu Şirinova (Bankın Müşahidə Şurasının üzvü), 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Son xəbərlər

Orphus sistemi