Yuxarı
    Bağlamaq

    Gömrük və Vergi məcəllələrinə dəyişikliklər olunub

    Parlamentin plenar iclasında aparılan müzakirələrdən sonra hər iki qanun layihəsi təsdiq edilib© Report.az

    Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün Milli Məclisin plenar iclasında "Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunub.

    "Report"un verdiyi xəbərə görə, dəyişikliklər ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması üçün mexanizmləri dəqiqləşdirir və bu məqsədlə müvafiq icra hakimiyyəti orqanı tərəfindən elektron vergi hesab-fakturasının vahid formasının təsdiq edilməsini nəzərdə tutur.

    Bundan başqa, plenar iclasda Gömrük Məcəlləsində dəyişikliklər də müzakirə olunub. Gömrük Məcəlləsində dəyişikliklər gömrük işi sahəsində rəsmiləşdirmənin, sənədlərin və məlumatların gömrük orqanlarına təqdim olunmasının təkmilləşdirilməsi, o cümlədən gömrük orqanlarına elektron formada müraciət imkanlarının genişləndirilməsi, habelə bir sıra normaların dəqiqləşdirilməsi məqsədi daşıyır.

    Müzakirələrdən sonra hər iki qanun layihəsi təsdiq edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi