​Gömrük rüsumları və aksizlər üzrə büdcə daxiolomlaları azalıb

​Gömrük rüsumları və aksizlər üzrə büdcə daxiolomlaları azalıb Aksizlər üzrə daxilolmalarda azalma daha kəskin olub
Maliyyə
18 Aprel , 2016 09:00
​Gömrük rüsumları və aksizlər üzrə büdcə daxiolomlaları azalıb

Bakı. 18 aprel. REPORT.AZ/ Cari ilin mart ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 173 653,49 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 41 237,13 min manat yaxud 31,14% çoxdur.

"Report"un Komitəyə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 3 169,11 min manat yaxud 6,7% azalaraq 44 217,05 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 48 961,00 min manat yaxud 64,7% artaraq 124 631,39 min manat, aksizlər 4 905,33 min manat yaxud 64,57% (2,8 dəfə) azalaraq 2 691,77 min manat, yol vergisi üzrə daxilolmalar isə 350,56 min manat və ya 19,90% artaraq 2 113,27 min manat təşkil edib.

Maliyyə Nazirliyinin açıqladığı rəqəmlərdə isə 2016-cı ilin I rübündə Dövlət Gömrük Komitəsinin proqnoza 114,8% əməl edərək büdcəyə 416,9 mln. manat vəsait təmin etdiyi, bunun da ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% və yaxud 74,9 mln. manat çox olduğu açıqlanıb.

Son xəbərlər

Orphus sistemi