Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 30% artıb

Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 30% artıb Yanvar-iyulda DGK-nin xətti ilə dövlət büdcəsinə büdcə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 30,4% artaraq 1 182 169,88 min manata çatıb
Maliyyə
13 Avqust , 2016 16:21
Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 30% artıb

Bakı. 13 avqust. REPORT.AZ/ Bu ilin iyul ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 186790,64 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 31,9% çoxdur.

DGK-dən "Report"a verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 48,23% artaraq 46037,18 min manat olub.

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 22,6% artaraq 123 376,72 min manat, aksizlər 75,1% artaraq 14771,08 min manat, yol vergisi üzrə daxilolmalar isə 78,1% artaraq 2 605,66 min manat təşkil edib.

Beləliklə, yanvar-iyul ayları ərzində DGK-nin xətti ilə dövlət büdcəsinə büdcə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 30,4% artaraq 1 182 169,88 min manata çatıb.

Bu müddətdə gömrük rüsumları 28,4% artaraq 316 956,96 min manat, ƏDV üzrə daxilolmalar 28,7% artaraq 771 247,22 min manat, aksiz üzrə 18,2% artaraq 58 979,17 min manat, yol vergisi üzrə daxilolmaları 3 dəfədən çox artaraq 34 986,56 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi