Yuxarı

Gömrük komitəsinin sədri Flippinin maliyyə nazirinin müavini ilə görüşüb

Görüş Ümumdünya Gömrük Təşkilatının konfransı çərçivəsində baş tutub

Bakı. 28 sentybar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Filippinin maliyyə nazirinin müavini xanım Antonett Tionko arasında ikitərəfli görüş keçirilib. 

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, görüş Manila şəhərində, Ümumdünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) 11-ci illik Konfransı çərçivəsində baş tutub.

Görüşdə A.Əliyev bildirib ki, 25 il əvvəl yaranmasına baxmayaraq, Azərbaycan gömrüyü sürətli inkişaf yolu keçib. Komitə sədri ölkənin tranzit yükdaşımalarındakı rolundan, bu istiqamətdə Azərbaycan gömrük xidmətinin həyata keçirdiyi lahiyələrdən, ticarətin sürətləndirilməsi və asanlaşdırılması istiqamətində atdığı addımlardan, son illərdə həyata keçirilən islahatlardan bəhs edib. O, rəhbərlik etdiyi qurumun hədəfi və informasiya texnologiyalarının gömrük sistemində tətbiqi barədə də qarşı tərəfi ətraflı məlumatlandırıb.

Azərbaycan gömrük xidmətində həyata keçirilən islahatların və inkişaf lahiyələrinin onda böyük maraq doğurduğunu ifadə edən xanım Tionko ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən gömrük sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi