Gömrük komitəsinin sədri Filippin Gömrük Bürosunun komissioneri ilə görüşüb

Gömrük komitəsinin sədri Filippin Gömrük Bürosunun komissioneri ilə görüşüb Görüşdə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları və onların ixracının həyata keçirilməsi müzakirə edilib
Maliyyə
29 Sentyabr , 2016 11:50
Gömrük komitəsinin sədri Filippin Gömrük Bürosunun komissioneri ilə görüşüb

Bakı. 29 sentyabr .REPORT.AZ/ Azərbaycanın Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Filippinin Gömrük Bürosunun komissioneri kapitan Nicanor Faeldon ilə ikitərəfli görüş keçirib.

DGK-dan "Report"a verilən məlumata görə, görüş Filippinin paytaxtı Manilada, Ümumdünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) növbəti 11-ci illik konfransı çərçivəsində baş tutub. 

A.Əliyev Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini, bu inkişafa paralel olaraq gömrük sahəsində də mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Ölkənin yerləşdiyi coğrafi mövqe baxımından beynəlxalq ticarətin həyata keçirilməsində mühüm rol oynadığını bildirən komitə sədri bu istiqamətdə Azərbaycan Gömrük Xidməti tərəfindən gerçəkləşdirilən konkret tədbirlərdən bəhs edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən gömrük sferasında mühüm islahatların həyata keçirildiyini və bir sıra yeniliklərin tətbiq olunduğunu qeyd edən A.Əliyev bu yeniliklərin beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, yükdaşımaların təhlükəsizliyinin təmin olunması işinə mühüm töhfələr verdiyini vurğulayıb.

N. Faeldon Azərbaycan nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluq hissi ilə bəhs edərək gömrük sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib. 

Görüşdə, həmçinin Azərbaycanın idxal-ixrac potensialı, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsulları və onların ixracının həyata keçirilməsi, gömrük xidmətləri arasında ilkin məlumat mübadiləsi və s. bu kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi