"Goldman Sachs" USD/EUR məzənnəsi üzrə proqnozunu artırıb

"Goldman Sachs" USD/EUR məzənnəsi üzrə proqnozunu artırıb Proqnoz: Dollarda ucuzlaşma prosesi davam etməyəcək
Maliyyə
10 Avqust , 2017 17:38
Goldman Sachs USD/EUR məzənnəsi üzrə proqnozunu artırıb

Bakı. 10 avqust. REPORT.AZ/ ABŞ-ın nüfuzlu "Goldman Sachs" investisiya bankı USD/EUR valyuta cütlüyü üçün 12 aylıq proqnozunu 1,05 səviyyəsindən 1,15-ə yüksəldib. Bu barədə "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir. 

Bankın strategiya mütəxəssisləri Zaç Pandl (Zach Pandl) və Kamakşya Trivedinin (Kamakshya Trivedi) sözlərinə görə, 2017-ci il ərzində zəif dollara səbəb olan amillərin heç birində dəyişiklik gözlənilmir.

Qeyd edək ki, USD/EUR məzənnəsi ötən həftə 2015-ci ilin əvvəlindən bu günədək ilk dəfə olaraq 1,19 səviyyəsini ötüb. "Goldman Sachs" mütəxəssisləri ABŞ dollarının zəif olmasına səbəb kimi "iqtisadi artımı dəstəkləyə bilən maliyyə tədbirlərinin alınmasında yavaşlama, zəif inflyasiya və maaşlar, həmçinin FED rəhbərliyinin dəyişməsində qeyri-müəyyənliyi" göstəriblər. Bununla yanaşı, avrozonada müsbət xəbərlərin davam edəcəyi və iqtisadi artımın bütün regiona yayılacağı bildirilir.

Bank həmçinin dolların ucuzlaşmasının davam etməyəcəyini vurğulayır. Buna səbəb kimi 2018-ci ildə maliyyə islahatlarının həyata keçiriləcəyi, iqtisadiyyatın tam məşğulluğa yaxın olmasını və Avropa fond birjalarına kapital axınının zəifləyəcəyi göstərilir.

Son xəbərlər

Orphus sistemi