Yuxarı
    Bağlamaq

    "Goldman Sachs": Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini artırmayacaq

    Türkiyədə dolların məzənnəsinin azalması gözlənilir

    Bakı. 13 mart. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankının (TCMB) martın 16-da keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artırmayacaq. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "Goldman Sachs" investisiya bankının proqnoz hesabatında bildirilib. 

    Hesabata əsasən, TCMB banklara verdiyi "gec likvidlik pəncərəsi" (LON), yəni banklara günün sonunda verdiyi borc faizini 1 bənd artıraraq 12%-ə çatdıracaq. Bununla yanaşı qurum, gecəlik borcvermə faizini 0,5 faiz bəndi artıraraq 9,25%-ə yüksəldəcəyi ehtimal edilir.

    Uçot dərəcəsi kimi qəbul edilən, həftəlik repo əməliyyatları üzrə faiz həddinin isə 8% səviyyəsində sabit qalacağı ehtimal olunur.

    "Report"un analitik qrupu hesab edir ki, Türkiyədə dolların məzənnəsi FED-in martın 15-də və TCMB-nin martın 16-da faiz qərarlarından sonra 3,50-3,55 TRY/USD səviyyəsinə qədər geriləyəcək: "İlin sonuna qədər isə dolların məzənnəsinin 3,50-3,80 TRY/USD diapazonunda qalması gözlənilir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi