"Goldman Sachs": Göydələnlərin inşasından sonra maliyyə böhranı başlayır

"Goldman Sachs": Göydələnlərin inşasından sonra maliyyə böhranı başlayır Hazırda Səudiyyə Ərəbistanında "Kingdom Tower"in inşası davam edir
Maliyyə
1 Fevral , 2017 15:30
Goldman Sachs: Göydələnlərin inşasından sonra maliyyə böhranı başlayır

Bakı. 1 fevral. REPORT.AZ/ Çində ötən il 84 göydələnin inşası prosesi sona çatıb.

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, ABŞ-ın "Goldman Sachs" bankının araşdırmalarına görə, tarixən dünyanın ən hündür göydələnlərinin inşası bitəndən sonra maliyyə böhranı başlayır. Belə ki, "Metropolitan Life" və "Singer Building"in inşa edilməsindən sonra 1907-ci ildə, "Chrysler Building", "40 Wall Street" və "Empire State Building"in inşasından sonra 1929-cu ildə, məşhur "World Trade Center"dən sonra 1970-ci ilin əvvəlində, Malayziyanın Kuala-Lumpur şəhərindəki "Petronas Towers"in inşasından sonra 1997-ci ildə Asiya böhranı, "Taipei 101" inşasından sonra 2000-ci illərin əvvəlində "dot-com" böhranı, "Burj Khalifa"dan sonra isə 2007-ci il böhranı başlayıb.

Hazırda "Goldman Sachs" analitikləri qorxu ilə Səudiyyə Ərəbistanında inşa edilən və dünyanın ən hündür göydələni olacaq, hündürlüyü 1 km-dən çox olan "Kingdom Tower"in inşaat prosesini izləyirlər. Qeyd edək ki, 167 mərtəbədən ibarət olan bu binanın 2016-cı il iyul ayında 42 mərtəbəsinin artıq hazır olduğu bildirilib.  

Son xəbərlər

Orphus sistemi