"Goldman Sachs": Gələn il FED uçot dərəcəsini daha çox artıracaq

"Goldman Sachs": Gələn il FED uçot dərəcəsini daha çox artıracaq Bakı. 23 fevral. REPORT.AZ/ Bu il FED-in uçot dərəcəsini 5 iclasda artırması az ehtimal olunsa da, 2019-cu ildə daha çox artımla üzləşəcəksiniz.
Maliyyə
23 Fevral , 2018 15:29
Goldman Sachs: Gələn il FED uçot dərəcəsini daha çox artıracaq

Bakı. 23 fevral. REPORT.AZ/ "Bu il FED-in uçot dərəcəsini 5 iclasda artırması az ehtimal olunsa da, 2019-cu ildə daha çox artımla üzləşəcəksiniz".

"Report" xəbər verir ki, bu açıqlamanı ABŞ-ın nüfuzlu "Goldman Sachs" investisiya bankının baş iqtisadçısı Yan Hatsius (Jan Hatzius) verib.

Hatsius bildirib ki, işsizliyin 3,25 - 3,5%-ə geriləməsi və inflyasiyanın 2% hədəfinə çatması və onu ötməsi FED-ə uçot dərəcəsini hər rüb bir dəfədən çox artırmağa imkan verəcək.

"Düşünürəm ki, ABŞ iqtisadiyyatı qızma riski ilə qarşılaşıb. Monetar siyasət buna əngəl olmalıdır", - deyə baş iqtisadçı vurğulayıb.

Qeyd edək ki, FED-in monetar siyasət iclasları hər rübdə 2 dəfə keçirilir. Bu il FED-in 4 iclasda, yəni rübdə bir dəfə uçot dərəcəsini artırması ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi