Yuxarı

"Goldman Sachs": Funt sterlinq 25% ucuzlaşacaq

İlin sonuna kimi funtun məzənnəsi 0,91 USD/GBP-yə qədər geriləyə bilər

Bakı. 17 oktyabr. REPORT.AZ/ Böyük Britaniya funtunun dollarla müqayisədə məzənnəsi ilin sonuna qədər 25% ucuzlaşa bilər. "Report" "Lenta.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumat "Market watch" maliyyə xəbərləri şirkəti tərəfindən ABŞ-ın "Goldman Sachs" bankının hesabatına əsasən verilib. Bununla da dolların funt sterlinqdən daha baha satıla biləcəyi ehtimal edilir. Belə ki, hazırda 1,2160 olan USD/GBP məzənnəsinin 25% azalaraq  0,9120-ə qədər geriləyəcəyi proqnozlaşdırılır.

Ekspertlər buna səbəb kimi 5 əsas amili açıqlayıblar: Britaniya ilə Avropa İttifaqı arasında aparılan danışıqlarda müşahidə olunan çətinliklər, Britaniyanın iqtisadi göstəricilərinin pisləşməsi, monetar siyasətinin effektivliyini itirməsi, ABŞ-da uçot dərəcəsinin artırılması və funt sterlinqin tarixdə bundan əvvəl 8 dəfə 25% geriləməsidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi