​"Goldman Sachs" dolların möhkəmlənəcəyini proqnozlaşdırır

​"Goldman Sachs" dolların möhkəmlənəcəyini proqnozlaşdırır Bank yaxın bir ildə dolların avroya qarşı 18% möhkəmlənəcəyini bildirir
Maliyyə
6 May , 2015 16:48
​Goldman Sachs dolların möhkəmlənəcəyini proqnozlaşdırır

Bakı. 6 may. REPORT.AZ/ Dünyanın aparıcı investisiya banklarından olan "Goldman Sachs" investorlara 2011-ci ildən etibarən zəifləyən ABŞ dollarını almağı tövsiyə edib. 

"Report" xəbər verir ki, bank hazırkı vəziyyətin çox davam etməyəcəyini və ABŞ iqtisadiyyatının sürətlənməsi ilə dolların möhkəmlənəcəyini proqnozlaşdırır.

Bu ilin birinci rübündə ABŞ iqtisadiyyatının çox zəif artımı (0,25%) Federal Ehtiyat Sisteminin ABŞ-da uçot dərəcəsini yaxın zamanda artırmamaq qərarını möhkəmləndirib. Aprel ayının yekunlarına görə, dollar indeksi 3% azalıb və bu azalma 2011-ci ildən sonra ən kəskin azalmadır.

"Goldman Sachs"ın proqnozlarına görə, ABŞ-da ikinci rübdə ÜDM 2,9% artacaq. Bununla da yaxın 12 ayda dollar avroya nəzərən 18% möhkəmlənərək 95 sentə, Yaponiya yeninə qarşı isə 8% artaraq 130 yenə çata bilər.

Son xəbərlər

Orphus sistemi