Yuxarı

"Goldman Sachs" ABŞ iqtisadiyatının sürətlənəcəyinə əmindir

İqtisadi siyasətdə həyata keçirilən dəyişikliklər maliyyə bazarları tərəfindən müsbət qarşılanıb

Bakı. 10 fevral. REPORT.AZ/ ABŞ-ın "Goldman Sachs" investisiya bankı ABŞ iqtisadiyyatının inkişaf sürətinin artacağına əmin olduğunu bildirib. 

"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu "Goldman Sachs"ın icraçı direktoru Loyd Blankfeyn (Lloyd Blankfein) "MarketWatch" maliyyə informasiyaları saytına bildirib: "ABŞ bazarında müşahidə etdiyimiz dəyişikliklər aşağı iqtisadi aktivliyin olduğunu göstərir. Nəticədə, uçot dərəcələrinin aşağı səviyyədə olması və gələcəyə yönəlik bədbinliklə üzləşirik. Amma, hazırda iqtisadi siyasətdə baş verən dəyişikliklərin artıma gətirib çıxaracağı siqnalları var". 

O həmçinin bildirib ki, "qeyri-müəyyənlik hissinə qapılmaq lazım deyil, o hiss onsuz da hər zaman bizimlədir".

Xatırladaq ki, ABŞ prezidentinin son açıqlamalarından sonra maliyyə bazarları ABŞ iqtisadiyyatının perspektivlərinə nikbin yanaşmağa başlayıb. Nəticədə, ABŞ-da fond indeksləri artıb, dollar möhkəmlənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi