"Goldman Sachs" ABŞ iqtisadiyatının sürətlənəcəyinə əmindir

"Goldman Sachs" ABŞ iqtisadiyatının sürətlənəcəyinə əmindir İqtisadi siyasətdə həyata keçirilən dəyişikliklər maliyyə bazarları tərəfindən müsbət qarşılanıb
Maliyyə
10 Fevral , 2017 16:02
Goldman Sachs ABŞ iqtisadiyatının sürətlənəcəyinə əmindir

Bakı. 10 fevral. REPORT.AZ/ ABŞ-ın "Goldman Sachs" investisiya bankı ABŞ iqtisadiyyatının inkişaf sürətinin artacağına əmin olduğunu bildirib. 

"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu "Goldman Sachs"ın icraçı direktoru Loyd Blankfeyn (Lloyd Blankfein) "MarketWatch" maliyyə informasiyaları saytına bildirib: "ABŞ bazarında müşahidə etdiyimiz dəyişikliklər aşağı iqtisadi aktivliyin olduğunu göstərir. Nəticədə, uçot dərəcələrinin aşağı səviyyədə olması və gələcəyə yönəlik bədbinliklə üzləşirik. Amma, hazırda iqtisadi siyasətdə baş verən dəyişikliklərin artıma gətirib çıxaracağı siqnalları var". 

O həmçinin bildirib ki, "qeyri-müəyyənlik hissinə qapılmaq lazım deyil, o hiss onsuz da hər zaman bizimlədir".

Xatırladaq ki, ABŞ prezidentinin son açıqlamalarından sonra maliyyə bazarları ABŞ iqtisadiyyatının perspektivlərinə nikbin yanaşmağa başlayıb. Nəticədə, ABŞ-da fond indeksləri artıb, dollar möhkəmlənib.

Son xəbərlər

Orphus sistemi