"Goldman Sachs": 2018-ci ildə qlobal iqtisadiyyata ən böyük təhlükə Çin olacaq

"Goldman Sachs": 2018-ci ildə qlobal iqtisadiyyata ən böyük təhlükə Çin olacaq Çin Mərkəzi Bankı aktivlərin qiymətinin birdən kəskin azalmasının qarşısını alacaq
Maliyyə
21 Noyabr , 2017 17:41
Goldman Sachs: 2018-ci ildə qlobal iqtisadiyyata ən böyük təhlükə Çin olacaq

Bakı. 21 noyabr. REPORT.AZ/ "Dünya iqtisadiyyatı 2018-ci ildə artım göstərməyə davam edəcək, lakin Çinin daxili bazarda kreditləşməni yavaşlatması ən böyük qeyri-müəyyənlik kimi qarşımıza çıxır".

"Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bu açıqlamanı ABŞ-ın nüfuzlu "Goldman Sachs" investisiya bankının Asiya-Sakit Okeanı regionu üzrə baş iqtisadçısı Endryu Tilton (Andrew Tilton) "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

"Biz 2018-ci ilə çox optimist baxırıq. Düşünürük ki, bir çox ölkədə, o cümlədən Asiya regionu ölkələrində hələ də artım potensialı mövcuddur", - deyə E.Tilton əlavə edib.

Lakin Çinin maliyyə risklərini azaltmaq planı qeyri-müəyyənlik yaradır. Bundan sonrakı dövrdə Çin hökumətinin iqtisadi artıma daha az diqqət edəcəyi, daha çox dayanıqlı inkişafa önəm verəcəyi gözlənilir. Dünya investisiya həcminin, təxminən, yarısı Çin iqtisadiyyatının payına düşür. Ona görə də Çinin bu sahədə sərtləşməyə getməsi düzgün idarə olunmalıdır. Çünki bu proses nəinki Çin, həmçinin bütün dünya üçün olduqca vacibdir.

Qeyd edək ki, "Bloomberg Economics"ə görə, Çinin məcmu borcu 2022-ci ilə ÜDM-in 327%-nə çatacaq. Çin Xalq Bankının (Mərkəzi Bank) rəhbəri Çjou Syaoçuan bildirib ki, Çin bütün riskləri aradan qaldırmağa və aktivlərin qiymətinin birdən-birə kəskin düşməsinə imkan verməməyə çalışacaq.

Son xəbərlər

Orphus sistemi