​GIZ jurnalistlər arasında müsabiqə keçirir

​GIZ jurnalistlər arasında müsabiqə keçirir Müsabiqə "Bank qanunvericiliyi və onun tətbiqi praktikası" mövzusuna həsr olunub
Maliyyə
16 İyun , 2015 12:04
​GIZ jurnalistlər arasında müsabiqə keçirir

Bakı. 16 iyun. REPORT.AZ/ Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında “Bank qanunvericiliyi və onun tətbiqi praktikası” mövzusunda çap və elektron məqalələrin müsabiqəsini elan edib. "Report"un məlumatına görə, müsabiqə iyunun 16-dan avqustun 1-nə qədər olan dövrü əhatə edir.

Şərtlərə görə, müsabiqədə iştirak etmək istəyən şəxslər ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdır.

Müsabiqədə birinci yeri tutan yazının müəllifinə 500 manat, ikinci yerin sahibinə 400 manat, üçüncü yerə görə isə 300 manat məbləğində pul mükafatı və diplom təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi