Yuxarı

General Süleymaninin ölümündən sonra London birjasının əsas indeksi azalıb

General Süleymaninin ölümündən sonra London birjasının əsas indeksi az

Londonun FTSE-100 fond birjasının əsas indeksi Bağdadda ABŞ-ın raket zərbəsi nəticəsində “Sepah”ın yüksək rütbəli zabitlərindən olan general Qasım Süleymaninin ölməsi barədə xəbər gəldikdən sonra 0,35 faiz azalaraq 7576 bəndə düşüb.

“Report” TASS-a istinadən xəbər verir ki, eyni zamanda “Brent markalı neftin qiyməti 4 faiz artaraq 69 dollara çatsa da, bir neçə saat sonra 68,5 dollar səviyyəsinə düşüb.

Bundan əvvəl Pentaqon tərəfindən ABŞ Prezidenti Donald Trampın göstərişi əsasında Bağdad hava limanı yaxınlığında endirilən raket zərbəsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi hərbi birləşməsi olan “Qüds”ün komandiri Qasım Süleymaninin öldürüldüyünü açıqlanmışdı.

İranın ali dini lideri Ayətullah Əli Xameneyi üçgünlük milli matəm elan edərək, bu qətldə əli olanlara cəza verəcəklərini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi