“Gəncəbank”ın kreditorlarının tələblərinin qeydiyyatı dayandırılıb

“Gəncəbank”ın kreditorlarının tələblərinin qeydiyyatı dayandırılıb Bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
6 Yanvar , 2017 11:48
“Gəncəbank”ın kreditorlarının tələblərinin qeydiyyatı dayandırılıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvedicisi olduğu “Gəncəbank” ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasını dayandırıb. Bu barədə “Report”a Fonddan bildirilib.

Məlumata görə, “Banklar haqqında” qanunun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin KİV-də ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır. 

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 2 noyabr 2016-cı il tarixindən başlanılıb və proses 2 yanvar 2017-ci il tarixində başa çatdırılıb. Bundan sonra, kreditorların tələbləri qeydə alınmayacaq.

Son xəbərlər

Orphus sistemi