“Gəncəbank”ın kredit portfelinin 75%-i təminatsızdır

“Gəncəbank”ın kredit portfelinin 75%-i təminatsızdır Bankın öhdəlikləri isə 61 mln. manatdır və bunun 64%-i Sahibkarlığa Kömək Milli Fondunun payına düşür
Maliyyə
16 May , 2017 16:54
“Gəncəbank”ın kredit portfelinin 75%-i təminatsızdır
Report

Bakı. 16 may. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Gəncəbank” ASC-nin kredit portfeli 104 mln. manatdır.

“Report” xəbər verir ki, bu barədə Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bu məbləğ 1 083 fiziki və hüquqi şəxsə verilib: "Bunlardan 207 kredit və yaxud 1,7 mln. manat standard, 876 kredit və yaxud 102 mln. manat isə qeyri-standart kreditlərdir. Ümumilikdə, kredit portfelinin 78 mln. manatı və yaxud 281 ədədi təminatsız kreditlərdir".

A.Cavadov onu da qeyd edib ki, “Gəncəbank”ın öhdəlikləri 61 mln. manatdır: “Bunun 39 mln. manatı İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu, 7,5 mln. manatı Azərbaycan Mərkəzi Bankı, 2,6 mln. manatı fiziki şəxslər, 10,7 mln. manatı isə hüquqi şəxslər qarşısında olan öhdəliklərdir. Yəni, fiziki və hüquqi şəxslərin alacaqları 13,3 mln. manatdır ki, bu da ümumilikdə 2 114 kreditora məxsus tələblərdir”.

Son xəbərlər

Orphus sistemi