Yuxarı

Milli Məclis 2016-cı ilin dövlət büdcəsini təsdiqləyib

Sosial rifahı yaxşılaşdırmaq kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar yaradılır

Bakı. 20 oktyabr. REPORT.AZ/ Milli Məclisin plenar iclasında gələn ilin dövlət büdcəsi layihəsi müzakirə olunaraq təsdiq edilib.

"Report"un xəbərinə görə, iclasda maliyyə naziri Samir Şərifov bildirib ki, təkliflərə baxılıb diqqətlə öyrənilib. Qaçqın və məcburi köçkünlərin məskunlaşması, mənzil yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı Prezidentin tapşırığına uyğun olaraq 2016-cı ildə həmin məqsədə ayrılan vəsaitlər 50% artırılaraq 150 mln. manata çatdırılacaq.

Təklif nəzərə alınaraq icmal büdcənin xərcləri 19 mlrd. 956 mln. manata çatdırılacaq.

Neft Fondunun gəlirləri nəzərə alınmadan kəsir 9 mlrd. 948 mln. manat təşkil edəcək.

Vergi Məcəlləsinə dəyişikliklər bəyənilərək plenar iclasa tövsiyə olunub. Dəyişikliklərdən biri aylıq gəlirləri 250 manatı keçənlərin gəlir vergisi üzrə tətbiq olunan güzəştdən kənara qalması ilə bağlı idi ki, həmin güzəşt tətbiq olan yuxarı həddin 2500 manata artırılması 500 mindən çox adamı əhatə edəcək və həmin şəxslərin aylıq gəlirlərinin 3-9% çərçivəsində artmasına səbəb olacaq.

Sosial rifahı yaxşılaşdırmaq kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar yaradır.

Nazir təklif edilən dəyişiklikləri nəzərə alınmaqla həmin layihəhəyə səs verməyə dəvət edib. Səverməyə çıxarılan büdcə qəbul edildi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi