Yuxarı
    Bağlamaq

    Gələn il SOCAR və ABƏŞ-in büdcə ödənişləri artacaq

    Bu iki şirkətin vergi ödənişləri neft sektoru üzrə daxilolmaların 73% və 27%-ni təşkil edəcək

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanda neft sektoru üzrə daxilolmalar 2017-ci ilin dövlət büdcəsinin layihəsində məcmu gəlirlərin tərkibində 49,2% və ya 7,855 mlrd. manat nəzərdə tutulur. Bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1,37 mlrd. manat və ya 14,9% azdır.

    "Report" xəbər verir ki, bu barədə "2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihəsi"ndə bildirilir.

    Qeyd olunub ki, neft sektoru üzrə büdcə gəlirlərinin 77,7%-ni və ya 6,1 mlrd. manatı Dövlət Neft Fondundan trasfertlər (cari ilin proqnozu ilə müqayisədə 1,515 mlrd. manat yaxud 19,9% az), 22,3%-i və ya 1,755 mlrd. manatı isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar (cari ilin proqnozu ilə müqayisədə 145 mln. manat və ya 9% çox) təşkil edəcək. Vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda Azərbyacan Dövlət Neft Şirkəti (SOCAR) üzrə büdcə ödənişləri 1,280 mlrd. manat, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üzrə mənfəət vergisi 475 mln. manat həcmində nəzərdə tutulur. Bu da vergi orqanları tərəfindən neft sektoru üzrə daxilolmaların müvafiq olaraq 72,9% və 27,1%-ni təşkil etməklə cari ilin proqnozu ilə müqayisədə müvafiq olaraq 40 mln. manat və 105 mln. manat çoxdur.

    Xatırladaq ki, 2017-ci il üçün dövlət büdcəsinin gəlirləri 15,955 mlrd. manat proqnozlaşdırılır.

    Qeyd olunub ki, beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barelinin qiymətinin 50 dollar ətrafında proqnozlaşdırılması və digər qlobal amilləri nəzərə almaqla, 2017-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neftin ixrac qiyməti 40 dollar səviyyəsində nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi