Yuxarı
    Bağlamaq

    Gələn il Dövlət Neft Fondunun gəlirlərinin 2,4 dəfə artacağı gözlənilir

    Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin xərcləri 6 951,3 mln. manat təşkil edəcək

    Bakı. 30 noyabr. REPORT.AZ/ Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin gəlirləri 8 370,6 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 4 889,1 mln. manat və ya 2,4 dəfə çoxdur.

    "Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov büdcənin komitələrin birgə müzakirəsində bildirib.

    Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin xərcləri 6 951,3 mln. manat təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 3685,0 mln. manat və ya 34,6% azdır.

    Fondun xərclərinin 6 100,0 mln. manatı və ya 87,8%-i dövlət büdcəsinə nəzərdə tutulan transferə, 822,0 mln. manatı və ya 11,8%-i bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, CQD-i layihələrində Azərbaycanın iştirak payı), 29,3 mln. manatı və ya 0,4%-i “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları"nın maliyyələşdirilməsinə yönəldiləcək.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 3 400,0 mln. manat proqnozlaşdırılır.

    Fondun xərclərinin 37,4%-i və ya 1 270,0 mln. manatı dövlət büdcəsindən birbaşa transfert, 62,6%-i və ya 2130,0 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcək.

    Dövlət Sosial Müdafiə Fondundan (DSMF) əmək pensiyalarının ödənilməsinə gələn il 3 213,82 mln. manat ayrılması nəzərdə tutulub.

    Sənədə əsasən, pensiya xərcləri bu illə müqayisədə 2,5% və yaxud 77,72 mln. manat artacaq.

    Layihədə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərlə bağlı xərclər 1,5% və yaxud 1,55 mln. manat artırılaraq 104,4 mln. manata, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xərclər 2,7% və yaxud 600 min manat artırılaraq 22,6 mln. manata, hamiləliyə və doğuşa görə xərclər 2,2% və yaxud 600 min manat artırılaraq 28,1 mln. manata, uşağın anadan olmasına görə xərclər 7,5% və yaxud 580 min manat azaldılaraq 7,2 mln. manata, 3 yaşına qədər uşaqlara qulluqla əlaqədar xərclər 2,3% və yaxud 300 min manat artırılaraq 13,4 mln. manata, dəfn üçün xərclər 9,9% və yaxud 1,7 mln. manat azaldılaraq 15,5 mln. manata, işsizliyə görə xərclər isə 15,3% və yaxud 2,33 mln. manat artırılaraq 17,6 mln. manata çatdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi