Gələn il "Azəristilktəchizat"ın dövlət maliyyələşməsi artırılacaq

Gələn il "Azəristilktəchizat"ın dövlət maliyyələşməsi artırılacaq Bu ilə nisbətən ayrılan subsidiyalar 1,1 mln. manat çox olacaq
Maliyyə
27 Dekabr , 2014 16:41
Gələn il Azəristilktəchizatın dövlət maliyyələşməsi artırılacaq

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanın 2015-ci il dövlət büdcəsindən "Azəristiliktəchizat" ASC-yə 22,615 mln. manatın ayrılması nəzərdə tutulur. "Report"un verdiyi xəbərə görə, dövlət büdcəsinin xərclər proqnozuna əsasən, bu, 2014-cü ilin analoji göstəricisi ilə müqayisədə 1,053 mln. manat və ya 4,9% çoxdur.

Gələn il "Azərsu" ASC-yə ayrılan subsidiyanın həcmi isə dəyişməz qalaraq 10 mln. manat təşkil edir.

Qeyd edək ki, Azərbaycanın 2015-ci il dövlət büdcəsinin gəlirləri 19,438 mlrd. manat, xərcləri 21,1 mlrd. manat məbləğində təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi