Gələn il Azərbaycanda əsas kapitala 16 mlrd. manat yatırılacaq

Gələn il Azərbaycanda əsas kapitala 16 mlrd. manat yatırılacaq İnvestisiyaların 6,4 mlrd. manatı neft, 9,5 mlrd. manatı isə qeyri-neft sektoruna yönəldiləcək
Maliyyə
20 Oktyabr , 2017 12:37
Gələn il Azərbaycanda əsas kapitala 16 mlrd. manat yatırılacaq

Bakı. 20 oktyabr. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanda əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,9 mlrd. manat məbləğində proqnozlaşdırılır.

“Report” bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, bunun 51,5%-i daxili, 48,5%-i isə xarici investisiyalar olacaq. Dövlət investisiyalarının payı 42,8%, qeyr-dövlət investisiyalarının payı isə 57,2% təşkil edəcək.

İnvestisiyaların 6,4 mlrd. manatı neft sektoruna, 9,5 mlrd. manatı isə qeyri-neft sektoruna yönəldiləcək.

Son nəticədə, 2018-ci ildə Azərbaycanda orta aylıq real əmək haqqının 0,5% artaraq 549,7 manata çatacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi