Gələn il ARDNF-dən büdcəyə transfertlər azalacaq

Gələn il ARDNF-dən büdcəyə transfertlər azalacaq Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üçün büdcəsinin gəlirləri 12 384,1 mln. manat nəzərdə tutulur.
Maliyyə
18 Oktyabr , 2019 16:53
Gələn il ARDNF-dən büdcəyə transfertlər azalacaq

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üçün büdcəsinin gəlirləri 12 384,1 mln. manat nəzərdə tutulur.

“Report” bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.

ARDNF-in 2020-ci il üçün büdcəsinin xərcləri 11,560 mlrd. manat təşkil edəcək. Bu da 2019-cu illə müqayisədə 4,3 mln. manat azdır.

Sənəddə qeyd edilib ki, ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddi 11,350 mlrd. manat səviyyəsində nəzərdə tutulur ki, bu da 2019-cu illə müqayisədə 14,3 mln. manat və ya 0,1% azdır.

Son xəbərlər

Orphus sistemi