Gələn ay "AtaSığorta"nın səhmdarlarının iclası keçiriləcək

Gələn ay "AtaSığorta"nın səhmdarlarının iclası keçiriləcək Toplantı mayın 17-də Bakıda təşkil olunacaq
Maliyyə
1 Aprel , 2016 17:02
Gələn ay AtaSığortanın səhmdarlarının iclası keçiriləcək

Bakı. 1 aprel. REPORT.AZ/ Mayın 17-də, saat 15:00-da “AtaSığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. "Report"un şirkətə istinadən verdiyi xəbərə görə, toplantıda Bakı şəhərinin Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi, 55 ünvanında (“Yeni Həyat” biznes mərkəzi, VIII mərtəbə) keçiriləcək.

Səhmdarların ümumi yığıncağının gündəliyinə 2015-ci maliyyə ili üzrə İdarə Heyətinin hesabatı, 2015-ci maliyyə ili üzrə Direktorlar Şurasının hesabatı, il üzrə müstəqil auditorun rəyi ilə təsdiq edilmiş maliyyə hesabatı və “AtaSığorta” ASC-nin 2015-ci maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi daxildir.

Son xəbərlər

Orphus sistemi