"Galt&Taggart": 2018-2020-ci illərdə Azərbaycanda ÜDM Ermənistandakından ortalama 3,7 dəfə böyükdür"

"Galt&Taggart": 2018-2020-ci illərdə Azərbaycanda ÜDM Ermənistandakından ortalama 3,7 dəfə böyükdür" Bu il Azərbaycanda ÜDM artımı 2,7%-ə, 2020-ci ildə isə 2,1%-ə bərabər olacaq.
Maliyyə
20 İyul , 2019 12:52
Galt&Taggart: 2018-2020-ci illərdə Azərbaycanda ÜDM Ermənistandakından ortalama 3,7 dəfə böyükdür

Bu il Azərbaycanda ÜDM artımı 2,7%-ə, 2020-ci ildə isə 2,1%-ə bərabər olacaq. 

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın "Bank of Georgia Group"a daxil olan "Galt&Taggart" investisiya şirkətinin hazırladığı "Regional Sabit Gəlirlər Bazarı" (Regional Fixed Income Market) adlı hesabatında qeyd edilib.

"Galt& Taggart" hesab edir ki, 2018-ci ildə Azərbaycan iqtisasiyyatı 1,4% böyüyüb:

"2018-ci ildə 46,9 mlrd. ABŞ dolları olduğu halda 2019-cu ildə 45,2 mlrd. dollar olacağı proqnozlaşdırılır. Növbəti 2020-ci il üçün isə bu rəqəm 2,2 mlrd. dollar, yaxud 4,9% artaraq 47,4 mlrd. dollara bərabər olacaq. 2018-2020-ci illərdə Azərbaycanda ÜDM Ermənistandakından ortalama 3,7 dəfə böyükdür".

Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus, Qazaxıstan və Ukraynadaa investisiya imkanlarını araşdıran "Galt&Taggart" Azərbaycandakı inflyasiya göstəricilərini də açıqlayıb:

"Bu ilin iyun ayında Azərbaycanda illik inflyasiya 2,9%-ə bərabər olsa da illik olaraq bu rəqəmlər fərqlənir. Belə ki, 2018-ci ildə istehlak bazarında qiymətlər 2,3% artdığı halda, 2019-cu ildə bu rəqəmin 3,2%-ə, 2020-ci ildə isə 3,3%-ə bərabər olacağı ehtimal olunur".

"Galt& Taggart" hesab edir ki, Azərbaycanda istiqraz bazarının həcmi 8,2 mlrd. dollara bərabərdir:

"Onun 46%-i enerji sektorunun, 15%-i maliyyə sektorunun, 39%-i isə hökumət strukturlarının payına düşür.

Son xəbərlər

Orphus sistemi