Yuxarı

​Funt sterlinqin məzənnəsi 31 illik minimuma enib

Britaniya valyutası dollarla müqayisədə 1,3115 USD/GBP-yə düşüb

Bakı. 5 iyul. REPORT.AZ/ Böyük Britaniya vətəndaşlarının Avropa İttifaqından çıxmaqla bağlı qərarından (Brexit) sonra ölkənin milli valyutası - funt sterlinq dəyərini itirməkdə davam edir. 

"Report" xəbər verir ki, iyulun 5-də günorta saatlarında maliyyə bazarlarında ingilis pulunun ABŞ dolları qarşısında məzənnəsi 1985-ci ildən bəri ən aşağı həddə düşüb.

Belə ki, valyuta birjalarında keçirilən hərraclarda funt sterlinq dollarla ifadədə daha 1,3% ucuzlaşıb və 1,3115 USD/GBP-yə enib. Sonuncu dəfə bu nisbət 31 il əvvəl qeydə alınıb.

Britaniya valyutası avro qarşısında da dəyərini 1,1% itirib və 2013-cü ilin oktyabrından sonra ilk dəfə 0,8485 GBR/EUR-a bərabər olub.

Xatırladaq ki, funt/dollar münasibətlərində sonuncu minimum hədd iyunun 27-də qeydə alınıb (1,3118 USD/GBP).

Aİ-də qalıb-qalmamaqla bağlı iyunun 23-də keçirilmiş referendum zamanı isə 1 funt sterlinq 1,5 dollara dəyişdirilirdi. Referendumdan 1 gün sonra isə funt dəyərdən düşməyə başlayıb və 1985-ci illə müqayisədə ucuzlaşma 10%-dən çoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi