Funt sterlinq yenidən ucuzlaşmağa başlayıb

Funt sterlinq yenidən ucuzlaşmağa başlayıb Məzənnənin 1,24 USD/GBP səviyyəsinə qədər düşmə ehtimalı var
Maliyyə
20 İyun , 2017 17:20
Funt sterlinq yenidən ucuzlaşmağa başlayıb

Bakı. 20 iyun. REPORT.AZ/ İngiltərə Mərkəzi Bankının (BoE) sədri Mark Karneyin (Marc Carney) açıqlamaları funt sterlinqin ucuzlaşmasına səbəb olub. 

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, M.Karney bugünkü açıqlamalarında "Brexit"in İngiltərə iqtisadiyyatına təsiri ilə bağlı narahatlığını ifadə edib.

Bununla yanaşı, baş bankir uçot dərəcəsinin artırılmasına tələsməyəcəklərini də bildirib. Açıqlamalardan sonra funt sterlinq dollarla müqayisədə 0,4% ucuzlaşaraq 1,2650 USD/GBP səviyyəsinə kimi geriləyib. Məzənnənin 1,24 USD/GBP səviyyəsinə qədər düşmə ehtimalı var.

Son xəbərlər

Orphus sistemi