Yuxarı

Funt sterlinq ehtiyat valyuta statusunu itirir

İngilis pulu hazırda daha çox inkişaf etməkdə olan ölkənin valyutasına bənzəyir

Bakı. 12 oktyabr. REPORT.AZ/ İngilis funt-sterlinqinin məzənnəsinin zəifləməsi onu dünyanın ehtiyat valyutasından daha çox inkişaf etməkdə olan ölkənin valyutasına bənzədir. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda əksər iqtisadçı-ekspertlər bu qənaətdədir. 

Onlar funtla bağlı yaranmış vəziyyəti Böyük Britaniyanın dünyadakı iqtisadi mövqeyini itirməsi kimi qiymətləndirirlər. Çünki, 1 il bundan əvvəl 1 funt almaq üçün 1,55 dollar ödəmək lazım idisə, hazırda 1,22 dollar kifayətdir. Son 4 gündə ingilis pulu Amerika valyutasına nisbətdə dəyərini 5% itirib. "Brexit" səsverməsindən bəri isə funtun məzənnəsi 18% zəifləyib.

Avropa İttifaqını (Aİ) tərk etməklə bağlı qərarın gətirdiyi qeyri-müəyyənliklər fonunda Britaniya aktivlərinin sürətlə dəyərdən düşməsi və milli valyutanın zəifləməsi investorların funta inamını getdikcə daha da azaldır. İş adamlarını ən çox naharat edən məsələ isə ölkə ilə ticarət əlaqələrinin tam dayandırılması ehtimalıdır. 

Yaponiyanın "Nomura holdings" maliyyə holdinqinin təmsilçisi Cordan Roçester (Jordan Rochester) bildirib ki, adətən ehtiyat valyutalar faizlərin aşağı səviyyədə olduğu vaxtlarda investisiya aləti kimi istifadə olunur və daha sonra faizlər artmağa başladıqca onların aid olduğu ölkənin istiqrazlarına axın baş verir: "Lakin Britaniyada biz həm istiqrazlardan kapital axınını, həm də funtdan qaçış olduğunu görürük ki, bu da bizə inkişaf etməkdə olan ölkələrin maliyyə bazarını (emerging markets) xatırladır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi