Funt sterlinq "Brexit" xəbəri ilə möhkəmlənib

Funt sterlinq "Brexit" xəbəri ilə möhkəmlənib Bakı. 8 dekabr. REPORT.AZ/ Avropa Komissiyası Böyük Britaniya ilə Brexit danışıqlarının 3 maddəsində anlaşdığını açıqlayıb. 
Maliyyə
8 Dekabr , 2017 12:53
Funt sterlinq Brexit xəbəri ilə möhkəmlənib

Bakı. 8 dekabr. REPORT.AZ/ Avropa Komissiyası Böyük Britaniya ilə "Brexit" danışıqlarının 3 maddəsində anlaşdığını açıqlayıb. 

"Report" "Rambler News Service"ə istinadən xəbər verir ki, məlumatın açıqlanmasından sonra funt sterlinqin məzənnəsi möhkəmlənib.

Avropa Komissiyasından verilən məlumata əsasən, anlaşma ədə olunan maddələr arasında İrlandiya və Şimali İrlandiya sərhədlərinin müəyyən edilməsi, Avropa İttifaqı vətəndaşlarının Böyük Britaniyada hüquqları və bu ölkənin Aİ-yə ödəyəcəyi vəsaitin həcmi də var.

Avropa Komissiyası əldə olunan anlaşmanı təsdiq etmək üçün Avropa Şurasına təqdim edib və danışıqların II mərhələsinə keçdiyini bildirib. Məlumatda Böyük Britaniyanın Aİ-yə ödəyəcəyi məbləğin həcmi açıqlanmayıb.

Qeyd edək ki, Böyük Britaniyanın Aİ-dən rəsmi ayrılma tarixi 2019-cu il martın 29-na planlaşdırılıb.

Xərbərin açıqlanmasından sonra USD/GBP-nin məzənnəsi 1,3500 səviyyəsini ötərək 1,3520-yə çatıb. 

Son xəbərlər

Orphus sistemi