​FT: "Avrozonada iqtisadi depressiyaya qarşı müdafiə mexanizmi yoxdur"

​FT: "Avrozonada iqtisadi depressiyaya qarşı müdafiə mexanizmi yoxdur" Ekspertlərin fikrincə, dağılma riski ilə üzləşən Avrozonadakı durğunluq siyasi bacarıqsızlığın əlamətidir
Maliyyə
10 Noyabr , 2014 17:18
​FT: Avrozonada iqtisadi depressiyaya qarşı müdafiə mexanizmi yoxdur
Bakı. 10 noyabr. REPORT.AZ/ "Hazırda Avrozonada iqtisadi depressiyanın qarşısını almaq üçün heç bir müdafiə mexanizmi yoxdur, yaxud avropalı rəsmilər bunu yaratmağa cəhd etmirlər". "Report"un məlumatına görə, bunu "Financial Times"ın redaktoru Volfanq Münxay deyib.

V.Münxayın sözlərinə görə, iqtisadi böhran vaxtı Avrozonanın dağılacağı ilə bağlı fikirlər gəzirdi, amma indi onun dağılması riski çox yüksəkdir: "İki il əvvəl Avropa iqtisadiyyatının bərpası üçün ümidli proqnozlar səsləndirilirdi, lakin indi onun reallaşması gerçək deyil. Hazırda Avrozonada iqtisadi depressiyanın qarşısını almaq üçün heç bir müdafiə mexanizmi yoxdur və ya avropalı siyasətçilər iki il əvvəldən fərqli olaraq onun qarşısını almağa cəhd göstərmirlər".

FT-nin redaktorunun sözlərinə görə, hazırda ən əsas təhlükə beynəlxalq investorlar deyil, "qiyamçı" elektoratdır: "Fransada Marin Le Pen, İtaliyada Beppe Qrillo və İspaniyada Pablo İqlesis kimi siyasi liderlər ölkələrini Avrozonadan uzaqlaşdırmaq siyasəti yürüdürlər. Hazırda iqtisadi böhranın təsirinə məruz qalmış ölkələrin vətəndaşları Avrozonanın depressiyadan çıxmasına inanmırlar".

"İslahatların strukturu ilə bağlı nə yenilik var? Əsas olanları diqqətdən kənarda saxlayırlar. Almaniyada aparılan əmək islahatı yalnız daxili bazarda rəqabəti artırmayıb. Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqinin tədiyyə balansı ilə bağlı səsləndirdiyi optimist fikirlər belə təhlükəni azaltmır", - deyən ekspert hesab edir ki, Avrozonadakı durğunluq siyasi bacarıqsızlığın əlamətidir.

Son xəbərlər

Orphus sistemi