FRS: Faiz artımını təxirə salmaq mənfi sürprizlər yarada bilər

FRS: Faiz artımını təxirə salmaq mənfi sürprizlər yarada bilər Qurumun növbəti iclasında uçot dərəcəsinin artırılmayacağı ehtimal edilir
Maliyyə
19 Yanvar , 2017 12:33
FRS: Faiz artımını təxirə salmaq mənfi sürprizlər yarada bilər

Bakı. 19 yanvar. REPORT.AZ/ ABŞ iqtisadiyyatı uçot dərəcələrinin artırılmasının təxirə salınması ilə xoş olmayan sürprizlərlə qarşılaşa bilər. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə açıqlamanı ABŞ Federal Ehtiyat Sisteminin (FRS) rəhbəri Jannet Yellen verib. 

Onun sözlərinə görə, neytral fazi dərəcəsinə keçməzdən öncə uzun müddət gözləmək gələcəkdə yüksək inflyasiyaya və maliyyə sabitliyinin pozulmasına səbəb ola bilər.

J. Yellen 2019-cu ilin sonuna qədər hər il bir neçə faiz artımının ola biləcəyini deyib: "O zamana qədər uçot dərəcələri bizim uzun müddətli 3%-lik hədəfimizə yaxın olacaq". 

Bununla yanaşı, FRS rəhbəri ABŞ-da əmək məhsuldarlığının zəif templərlə artdığından məmnun olmadığını, bunun ÜDM-in artım tempini aşağı salacağını qeyd edib.

J. Yellenin bu çıxışından sonra maliyyə bazarında ABŞ dollarının məzənnəsi digər valyutalarla müqayisədə bir qədər möhkəmlənib. Yanvarın 18-i səhər saatlarında 1,07 səviyyəsini keçən USD/EUR nisbəti sonradan 1,064 səviyyəsində qərarlaşıb. 

Qeyd edək ki, FRS-in iclası yanvarın 31-də, fevralın 1-də keçiriləcək. Analitiklər bu iclasda uçot dərəcəsinin artırılması ehtimalnın az olduğunu düşünür. 

Son xəbərlər

Orphus sistemi