FRS başçısının açıqlamaları martda uçot dərəcəsinin artırılmayacağını göstərib

FRS başçısının açıqlamaları martda uçot dərəcəsinin artırılmayacağını göstərib Uçot dərəcəsinin artırılması üçün iqtisadi göstəricilərin kəskin yaxşılaşması tələb olunur
Maliyyə
15 Fevral , 2017 12:01
FRS başçısının açıqlamaları martda uçot dərəcəsinin artırılmayacağını göstərib

Bakı. 15 fevral. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FRS) rəhbəri Janet Yellen dünən, fevralın 14-də Senatda, Bank Komitəsi üzvləri qarşısında çıxış edib. "Report" "Bloomberg" agentliynə istinadən xəbər verir ki, o, çıxışında son 6 ayda FRS-in monetar siyasəti barədə məruzə etməklə bərabər uçot dərəcəsinin nə zaman artırılacağı ilə bağlı siqnallar verib. Çıxışı zamanı baş bankir vergi-büdcə siyasətində ediləcək dəyişikliklərin iqtisadiyyatın perspektivlərinə təsirinin hansı ölçüdə olacağını gözləmək lazım olduğunu bildirib. 

Bununla yanaşı, Yellen vergi-büdcə siyasətinin uzunmüddətli iqtisadi artım tempini artırmaqda, məhsuldarlığı yüksəltməkdə önəmini vurğulayıb. Həmçinin, o, FRS-in təkrar investisiyaların yumşaq monetar siyasəti dəstəklədiyini və Bank rəhbərliyinin iqtisadiyyatın yavaş templərlə inkişaf edəcəyinə inandığını qeyd edib. Yellen vergi-büdcə siyasətinin monetar siyasətdən asılı olmaması üçün cəhd göstərəcəklərini deyib. Eyni zamanda, vergi-büdcə siyasətinin əhalinin yaşlaşması amili nəzərə alındıqda xeyli dərəcədə dayanıqsız olduğu qeyd edilib. Çıxışına davam edən baş bankir bildirib ki, bir çox FRS üzvü vergi-büdcə siyasətində ediləcək dəyişikliklərlə bağlı spekulyasiyalardan uzaq durmağa üstünlük verib və onlar iqtisadi proqnozlar tərtib etməkdən çəkiniblər.

"Report"un analitik qrupu bildirir ki, böyük ehtimalla FRS, yeni ABŞ prezidenti administrasiyasının vergi-büdcə siyasətində edəcəyi dəyişikliklərin konkret nədən ibarət olacağını gözlədikdən sonra monetar siyasətlə bağlı qərarlar verəcək. Bu səbəbdən mart ayındakı FRS iclasında uçot dərəcəsinin artırılması ilə bağlı ehtimallar azalıb: "Lakin bu gün açıqlanması gözlənilən inflyasiya göstəricilərinin artması və mart ayındakı iclasa qədər əmək bazarı ilə bağlı göstəricilərin kəskin yaxşılaşması FRS-in qərarını dəyişdirə bilər".

Son xəbərlər

Orphus sistemi