Yuxarı
    Bağlamaq

    Fransanın MDB ölkələri üzrə regional rəhbəri İİTKM-də olub

    Səfərdə əsas məqsəd Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi üçün Azərbaycanın iqtisadi və maliyyə durumunu qiymətləndirməkdir

    Bakı. 26 may. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunkasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Fransanın MDB ölkələri üzrə regional iqtisadi şöbəsinin müdiri, maliyyə və iqtisadi məsələlər üzrə nazir-müşavir Filip Brünel, maliyyə müşavirinin müavini Jülyen Jebel, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez və səfirliyin iqtisadiyyat müşaviri Erve Sarnellidən ibarət nümayəndə heyətini qəbul edib. 

    Bu barədə “Report”a İİTKM-in mətbuat xidmətindən məlumat verilib.

    Səfərdə əsas məqsəd Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi üçün Azərbaycanın iqtisadi və maliyyə durumunu qiymətləndirmək və analiz etmək, həmçinin, onun inkişaf perspektivlərini təhlil etməkdir.

    V.Qasımlı milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri barədə məlumat verib. Eyni zamanda, Azexport portalı, Rəqəmsal Ticarət Qovşağı, həmçinin Azexport portalının nəzdində fəaliyyət göstərəcək “Bir pəncərə” İxraca Dəstək Mərkəzi barədə danışılıb.

    Filip Brünel isə bildirib ki, Azərbaycanda səfərdə olduğu müddətdə aldığı məlumatlar ölkənin müsbət nəticələrə doğru irəliləyişin olduğunu göstərir: “Son illər Azərbaycanda iqtisadi islahatların aparılması istiqamətində nəzərəçarpan işlər görülüb. Xüsusi ilə vergi və gömrük sisteminin şəffaflaşması istiqamətində çox ciddi addımlar atılıb. Güman edirəm ki, istər Azexport portalı, istərsə də Rəqəmsal Ticarət Qovşağı sahibkarların imkanlarını genişləndirəcək”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi