Fransanın dövlət borcunun həcmi tarixi maksimuma çatıb

Fransanın dövlət borcunun həcmi tarixi maksimuma çatıb Mərkəzi hökumətin borcu yanvar-mart aylarında 49,5 milyard avro artıb
Maliyyə
30 İyun , 2017 12:59
Fransanın dövlət borcunun həcmi tarixi maksimuma çatıb

Bakı. 30 iyun. REPORT.AZ/ Fransanın dövlət borcunun həcmi 2016-cı ilin sonundakı ÜDM-in 96,3% -dən 2017-ci ilin birinci rübündə ÜDM-in 98,9%-dək artıb və tarixi rekord həddə - 2,21 trilyon avroya çatıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə "Insee" Milli Statistika İdarəsinin məlumatlarında göstərilib.

Mərkəzi hökumətin borcu yanvar-mart aylarında 49,5 milyard avro, sosial müdafiə sisteminin borclanması 15 milyard avro artıb, yerli özünüidarəetmə orqanlarının borc həcmi isə 1,2 milyard avro azalıb.

Qeyd edək ki, dünən Fransanın büdcə kəsirinin 2017-ci ildə çox güman, ümümavropa hədəf göstərcisi olan ÜDM-in 3%-dən artıq olacağını və 3,2% təşkil edəcəyi elan olunub.

Son xəbərlər

Orphus sistemi