Fransa Bankı: “Sarı jiletlilər” iqtisadi artımı zəiflədir

Fransa Bankı: “Sarı jiletlilər” iqtisadi artımı zəiflədir Bakı. 10 dekabr. REPORT.AZ/ Fransa Bankı cari ilin son rübündə “sarı jiletlilər”in keçirdiyi etiraz aksiyaları səbəbindən ölkədə iqtisadi artımın zəifləyəcəyi barədə proqnoz verib.
Maliyyə
10 Dekabr , 2018 15:32
Fransa Bankı: “Sarı jiletlilər” iqtisadi artımı zəiflədir
RİA Novosti
0 : 00
0 : 00

Bakı. 10 dekabr. REPORT.AZ/ Fransa Bankı cari ilin son rübündə “sarı jiletlilər”in keçirdiyi etiraz aksiyaları səbəbindən ölkədə iqtisadi artımın zəifləyəcəyi barədə proqnoz verib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bankın yaydığı məlumata görə, üçüncü rübdəki kimi, dördüncü rübdə də 0,4 faiz səviyyəsində gözlənilən artıma indi cəmi 0,2 faiz ehtimal olunur.

Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2018-ci ildə Fransanın ÜDM-i 2,7 trilyon ABŞ dolları (2017-ci ildə 2,5 trilyon) təşkil edəcəyi nəzərə alınsa, 0,2 faiz, təqribən, 5,4 milyard dollar deməkdir.

Fransa Bankının ölkə iqtisadiyyatının vəziyyətinə dair aylıq araşdırmasında iştirak edən istehsalat rəhbərlərinin fikrincə, etiraz aksiyaları tədarükə və pərakəndə satışlara təsir göstərib, nəticədə noyabrın maliyyə göstəriciləri azalıb, nəqliyyat və iaşə sektorlarında tələbatın zəifləyib. Fransa Pərakəndə Ticarət Federasiyasının məlumatına görə, Parisdə, adətən, əhalinin Milad bayramı üçün hədiyyə və s. bazarlığa çıxdığı günlərə təsadüf edən etiraz aksiyaları sözügedən sektora 1 milyard avroyadək ziyan vurub.

Son xəbərlər

Orphus sistemi